logo

İsraildə ilk dəfə koronavirusdan ölüm qeydə alınmadı

22:27 25-04-2021 | icon 3444
İsraildə ilk dəfə koronavirusdan ölüm qeydə alınmadı

İsrail son sutka ərzində koronavirus infeksiyasından ölüm halı qeydə alınmayıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkə bu nəticəni koronavirusla mübarizəyə başladıqdan 10 ay sonra ilk dəfə əldə edib.

Xatırladaq ki, İsrailin əhalisinin 53 faizindən çoxuna koronavirus peyvəndinin ikinci dozası vurulub.