logo

Azərbaycanda daha 1541 nəfər koronavirusa yoluxdu, 29 nəfər öldü

17:57 25-04-2021 | icon 3409
Azərbaycanda daha 1541 nəfər koronavirusa yoluxdu, 29 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 2245 nəfər müalicə olunaraq sağalıb, 1541 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 313 min 6 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 279 min 179 nəfər müalicə olunaraq sağalıb, 4371 nəfər vəfat edib. Aktiv xəstə sayı 29456 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 189 min 536 test aparılıb. Bugünkü test sayı isə 11492-dir.