logo

Litvanın xarici işlər naziri Azərbaycana səfərə gəlir

14:14 25-04-2021 | icon 1995
Litvanın xarici işlər naziri Azərbaycana səfərə gəlir

Litvanın xarici işlər naziri Qabrielius Landsberqisin bu gün Cənubi Qafqaz regionuna səfəri başlayır.

 YeniAvropa xəbər verir ki, bu barədə Litvanın  Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 39 yaşlı siyasətçi Qabrielius Landsberqis səfər çərçivəsində Ermənistan, Gürcüstan və Azərbaycanda ölkə rəsmiləri, eləcə də  vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək, Litva ilə  Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın perspektivlərini müzakirə edəcək.

"Mən inanıram ki, bu səfər Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramı ölkələrində gedən prosesləri öyrənmək baxımından yaxşı fürsət olmaqla yanaşı, həm də qarşılıqlı əməkdaşlığımızı inkişaf etdirmək üçün bizi birləşdirən elementləri öyrənmək və bunlardan həm Aİ, həm də regiondakı beynəlxalq təşkilatlar daxilində istifadə etmək baxımından səmərəli olacaq", -deyə Litvanın xarici siyasət idarəsinin rəhbəri səfər öncəsi verdiyi açıqlamasında bildirib.