logo

İraqda xəstəxanadakı yanğında ölənlərin sayı 58 nəfərə yüksəlib

13:45 25-04-2021 | icon 3479
İraqda xəstəxanadakı yanğında ölənlərin sayı 58 nəfərə yüksəlib

 

İraqın paytaxtı Bağdad şəhərinin cənubunda koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanada baş verən yanğın qurbanlarının sayı 70 nəfərə çata bilər.

 YeniAvropa xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.

Yerli “Al-Hadath” telekanalı  əvvəl hadisə zamanı 28 nəfərin həlak olması və 50 nəfərin xəsarət alması barədə məlumat verib.

Daha sonra isə 58 nəfər faciənin qurbanı olduğu bildirilib. Lakin xəbər respublikanın Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənməyib.

Xəstəxanada partlayışdan sonra yanğın başlayıb, bina tamamilə yanıb. Yanğının söndürülməsinə onlarla yanğınsöndürmə briqadası cəlb olunub.

Məlumata əsasən, İbn əl-Xətib xəstəxanasının reanimasiya şöbəsində, ağciyəri zədələnmiş ağır xəstələri oksigenlə təchiz edən balonların olduğu anbarda partlayış baş verib.