logo

İran sərhəddə su bəndlərinin şimal hissəsinin təhlükəsizliyini Azərbaycana həvalə edib

09:55 25-04-2021 | icon 1603
İran sərhəddə su bəndlərinin şimal hissəsinin təhlükəsizliyini Azərbaycana həvalə edib

İranla sərhəddə Araz çayı üzərində su bəndlərinin şimal hissəsinin təhlükəsizliyinin təmini Azərbaycana həvalə olunub.

YeniAvropa xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin "Twitter" hesabında məlumat verilib.

Bildirilib ki,  bu məqsədlə  İran və Azərbaycan sərhəd qoşunları komandanları müavinlərinin iştirakı ilə iclas keçirilib.

İclasda sərhəddə Araz çayı üzərindəki müştərək su bəndlərinin şimal hissəsinin təhlükəsizliyinin təmini Azərbaycan Respublikasının sərhədçilərinə həvalə olunub.