logo

Co Bayden "erməni soyqırımı" ifadəsi işlədərsə Türkiyə cavabnı verəcək

19:41 24-04-2021 | icon 1925
Co Bayden "erməni soyqırımı" ifadəsi işlədərsə Türkiyə cavabnı verəcək

Türkiyədəki tarixi mövzular əgər siyasi qərarlarla ortaya qoyularsa, Türkiyənin də Amerika tarixinə dair qanunverici iclası əhatə edəcək qərarlar verməyə vaxtı var.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı "soyqırımı" ifadəsini səsləndirib-səsləndirməyəcəyi ilə bağlı mövqeyini ifadə edərkən deyib. 

TBMM sədri qeyd edib ki, ABŞ prezidenti belə bir ifadə işlədərsə, bu, siyasi mövqe kimi qəbul ediləcək və hər hansı hüquqi əsası olmayacaq:"Türkiyədəki tarixi mövzular əgər siyasi qərarlarla ortaya qoyularsa, Türkiyənin də Amerika tarixinə dair qanunverici iclası əhatə edəcək qərarlar verməyə vaxtı var. Bu baxımdan ən utancverici tarix olan ölkələrdən biri də ABŞ-dır".

M. Şentop daha sonra qeyd edib ki, erməni tərəfinin tarixi gerçəklərə zidd olaraq qəbul etdiyi və digər ölkələrə də qəbul etdirməyə çalışdığı bu məsələ Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması cəhdlərinə kölgə salır.