logo

Sidqi Mustafayevin ailəsinin 5 üzvü COVİD-19-dan dünyasını dəyişib

18:10 24-04-2021 | icon 3416
Sidqi Mustafayevin ailəsinin 5 üzvü COVİD-19-dan dünyasını dəyişib
Ötən həftə əməkdar mədəniyyət işçisi, "İRS" folklor ansamblının rəhbəri Sidqi Mustafayev, xanımı Fəridə və qızı Təravət xanımın koronavirusdan dünyasını dəyişməsi barədə məlumat vermişdik. 
 
YeniAvropa xəbər verir ki, bu gün məşhur tarzanın digər qızı Hökümə də COVID-19-dan dünyasını dəyişib.
 
Bu barədə mərhumun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar. Qeyd edilib ki, Hökümə ilə yanaşı bu gün onun qayınanası Səriyyə xanım da koronavirusdan vəfat edib.
 
Hökümə xanımın iki qızı, bir oğulu var .