logo

Bu gün Bakıda 551 küçə dezinfeksiya edilib

16:46 24-04-2021 | icon 2219
Bu gün Bakıda 551 küçə dezinfeksiya edilib

Bu gün paytaxtda növbəti dəfə gücləndirilmiş dezinfeksiya tədbirləri keçirilib.

Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən bu il dördüncü, pandemiyanın əvvəlindən isə ikinci dəfə həyata keçirilən gücləndirilmiş dezinfeksiya işləri zamanı 551 küçə dezinfeksiya olunub.

Görülən bu işlər paytaxtda sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.