logo

Prezident daha bir səfiri geri çağırdı

13:53 24-04-2021 | icon 2604
Prezident daha bir səfiri geri çağırdı

Prezident İlham Əliyev aprelin 24-də Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığındakı fövqəladə və səlahiyyətli səfirinin geri çağırılması haqqında sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

"Xanım Məmməd qızı İbrahimova Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılsın".