logo

Nəqliyyat naziri avtomobil qəzasında öldü

10:10 24-04-2021 | icon 6685
Nəqliyyat naziri avtomobil qəzasında öldü

Argentinanın nəqliyyat naziri Mario Meoni ötən axşam saatlarında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

 YeniAvropa xəbər verir ki, "La Nacion" nəşrinin yaydığı məlumata görə, ailəsinin yanına gedən 56 yaşlı nazir xidməti "Ford Mondeo" avtomobilini özü idarə edirmiş.

Argentina prezidenti Alberto Fernandes nazirin yaxınlarına başsağlığı verərək "Twitter" səhifəsində bu sözləri yazıb: “Biz möhkəm, yorulmaz və vicdanlı siyasətçini itirdik”.