logo

Sabahdan iki günlüyünə ictimai nəqliyyat işləməyəcək

22:23 23-04-2021 | icon 2303
Sabahdan iki günlüyünə ictimai nəqliyyat işləməyəcək

Sabahdan iki günlüyünə bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

YeniAvropa xəbər verir ki,  Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Bununla əlaqədar 24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, pandemiya ilə əlaqədar olaraq Bakı metropolitenində də xeyli müddətdir sərnişindaşıma dayandırılıb.