logo

Qarabağda daha 5 erməni hərbçinin cəsədinin qalıqları tapıldı

20:15 23-04-2021 | icon 1890
Qarabağda daha 5 erməni hərbçinin cəsədinin qalıqları tapıldı

Qarabağda 44 günlük Vətən müharibəsi zamanı itkin düşmüş hesab edilən erməni hərbçilərinin cəsədlərinin axtarışı davam etdirilir.

YeniAvropa xəbər verir ki, bu barədə "yerevan.today" məlumat yayıb. Bildirilib ki, erməni axtarış qrupları bu gün daha  5 erməni hərbçisinin cəsədinin qalıqlarını tapıblar.

Onlardan 2-si Hadrut ərazisində aşkarlanıb. 3 nəfərin cəsədnin qalıqlarını isə  Azərbaycan tərəfi Ağdərə istiqamətində ermənilərə təhvil verib.

Bununla da 13 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1551-ə çatıb.