logo

MSK üzvlüyünə namizədlər bəlli oldu

18:59 23-04-2021 | icon 1911
MSK üzvlüyünə namizədlər bəlli oldu

Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlüyünə namizədlərin tam siyahısı müəyyənləşib.

YeniAvropa xəbər verir ki, MSK üzvlüyünə namizədliyi təqdim edilmiş şəxslər təsdiq edilməsi məsələsi Milli Məclisin növbəti plenar iclasının gündəliyinə daxil ediləcəyigözlənilir.

Beləliklə, MSK-nın 18 üzvündən 6-sı  Milli Məclisdə çoxluq təşkil edən hakim partiya - Yeni Azərbaycan Partiyasının namizədləri, 6-cə bitərəf deputatlar tərəfindən təqdim edilən namizədlər, qalan 6-sı isə  Milli Məclisdə azlıq təşkil edən siyasi partiyalar tərəfindən irəli sürülən namizədlər olacaq.

Xatırladaq ki, 2020-ci ildə seçilən Milli Məclisdə çoxluq Yeni Azərbaycan Partiyasındadır (YAP). MSK-nın 6 üzvünün namizədliyi parlamentdə 70 deputatla təmsil olunan hakim partiya tərəfindən irəli sürülüb. YAP-ı MSK-da təmsil edəcək namizədlər aşağıdakılardır:

Məzahir Pənahov

Rövzət Qasımov

Hüseyn Paşayev

Şaitdin Əliyev

Ramiz İbrahimov

Validə Kazımova

Surəddin Hümbətov (ehtiyat üzv)

Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarının-bitərəflərin sayı 45 nəfərdir. Onların MSK üzvlüyünə irıli sürdüyü 6 namizəd aşağıdakılardır:

İlham Məmmədov

Nizami Nadirxanlı

Fuad Cavadov

Qabil Orucov

Arifə Muxtarova (müxalifətlə razılaşdırılıb)

Nailə Əsgərova (YAP-la razılaşdırılıb)

Aydın Muradov (ehtiyat üzv)

Milli Məclisdə azlıq təşkil edən siyasi partiyalar isə 3 deputat mandatına malik Vətəndaş Həmrəyliyi Partiyası (VHP) və hər biri 1 deputat mandatına malik Böyük Quruluş Partiyası (BQP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Ana Vətən Partiyası (AVP), Vəhdət Partiyası, ReAL Partiyası, Milli Cəbhə Partiyası (MCP), Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP), Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) və Vətəndaş Birliyi Partiyasıdır.

Parlamentdə azlıq təşkil edən siyasi partiyaların MSK üzvlüyünə namizədləri isə aşağıdakılardır:

Böyük Quruluş Partiyası (BQP) - Bəxşeyiş Əsgərov

Ana Vətən Partiyası (AVP) - Etibar Quliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) - Mikayıl Rəhimli

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı

Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) (Vətəndaş Birliyi Partiyası ilə razılaşdırılıb) - Tofiq Həsənov

ReAL Partiyası – Mətin Rəhimli.

Qeyd edək ki, Vəhdət Partiyası, Milli Cəbhə Partiyası (MCP) və Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) isə MSK-ya namizəd müəyyənləşdirməyib.