logo

Paytaxtda keçmiş məhkumdan 25 kq marixuana götürülüb

12:52 23-04-2021 | icon 2282
Paytaxtda keçmiş məhkumdan 25 kq marixuana götürülüb

Keçmiş məhkumdan 25 kiloqram marixuana aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Ələkbərov Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Axtarış zamanı ondan heroin, 3 qrama yaxın marixuana və rayon ərazisindəki yaşayış sahələrinin birindəki yarımtikilidə gizlətdiyi 25 kiloqram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.