logo

Vladimir Putin Vladimir Zelenskini Moskvaya səfərə dəvət edib

20:10 22-04-2021 | icon 3283
Vladimir Putin Vladimir Zelenskini Moskvaya səfərə dəvət edib

Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenskini Moskvaya səfərə dəvət edib.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya prezidenti Moskvada səfərdə olan Belarus rəhbəri Aleksandr Lukaşenko ilə görüşü zamanı jurnalistlərin sualını cavablandırarkən deyib.

O, Ukrayna prezidenti Vladimir Zelenski üçün uyğun olan vaxtda onunla Rusiya paytaxtında ikitərəfli münasibətləri müzakirə etməyə hazır olduğunu bildirib.

V.Putin vurğulayıb ki, Ukrayna dövlətinin başçısı ikitərəfli münasibətləri yaxşılaşdırmaq istəyirsə, rəsmi Moskva bunu ancaq alqışlaya bilər.