logo

YAP Məzahir Pənahovu yenidən MSK-da görmək istəyir

19:52 22-04-2021 | icon 1645
YAP Məzahir Pənahovu yenidən MSK-da görmək istəyir

Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının(YAP) Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri müəyyənləşib.

 YeniAvropa xəbər verir ki, YAP-ın açıqladığı siyahıda aşağıdakı namizədlər yer alıb:

Məzahir Pənahov

Rövzət Qasımov

Hüseyn Paşayev

Şaitdin Əliyev

Ramiz İbrahimov

Xatırladaq ki, sabah YAP-ın İdarə Heyətinin iclasında partiyanın MSK üzvlüyünə namizədlərin təqdim edilməsi məsələsinə baxılacaq.

Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

Məsələ gələn həftə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.