logo

Hadisə Ebru Gündəşə görə "O səs Türkiyə"dən getdi

19:29 22-04-2021 | icon 36701
Hadisə Ebru Gündəşə görə "O səs Türkiyə"dən getdi

Müğənni Ebru Gündəşin boşanma xəbərlərində adı hallanan Hadisə "O səs Türkiyə" yarışmasının münsiflər heyətindən ayrılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat paylaşıb. 

Bildirib ki,  o, artıq gələn ildən sevilən yarışmanın münsifləri arasında olmayacaq.

Xatırladaq ki, artıq bir neçə gündür ki, Türkiyə mətbuatında Ebru Gündəşin ərinin onun yaxın rəfiqəsi Hadisə ilə xəyanət etməsi ilə bağlı iddiaları müzakirə olunur. Mətbuatın yazdığına görə, Ebru Gündeş 11 ildir ki, evli olduğu həyat yoldaşı, məşhur biznesmen Rza Zərrabın uzun illərdir ən yaxın rəfiqələrindən biri olan Hadisə ilə ona xəyanət etdiyini və buna görə boşandığını deyib.

Müğənni Hadisə qalmaqala səssiz qalmayaraq, sosial şəbəkədə paylaşım edib. Sənətçi əsassız və yalan fikirlər səsləndirənlərin hüquq müstəvisi çərçivəsində cəzalandırılacağını bildirib: “Haqqımda bu əsassız iddiaları səsləndirənlər mənə açıqlama verməli olacaqlar. Heç kim namusumu ləkələyə bilməz!”

Qeyd edək ki, Ebru Gündeş Hadisənin onun əri Rza Zərrabla münasibətdə olduğunu sübut edəcək şahidlərin olduğunu da bildirib. Məlumata görə, Gündeşin qızının dayəsi də şahidlər arasındadır.

İddialara görə Hadisə Rza Zərrabla birgə olmaq və kimlərsə tərəfindən görüntülənməmək üçün Türkiyədən ABŞ-a gizli gedib və hər görüşdə ehtiyatlı davranıb.