logo

ETSN: Havada müşahidə olunan toz lokal xarakter daşıyır

18:58 22-04-2021 | icon 1855
ETSN: Havada müşahidə olunan toz lokal xarakter daşıyır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mütəxəssislərinin apardığı növbəti monitorinqin nəticələrinə görə, Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur, lakin ötən günlərdən fərqli olaraq bu gün lokal xarakter daşıyır.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, tozlu havaya səbəb şimal-qərb küləyinin sürətinin 15-20, arabir 23-27 metr/saniyəyədək güclənməsi nəticəsində istehsal sahələrində və torpağın üst səthində formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.

Avtomatik monitorinq stansiyalardan əldə olunan məlumatlara əsasən, hazırda havada tozun miqdarı normadan 1.6 dəfə çoxdur.