logo

Hüseynbala Mirələmov kafedra müdiri vəzifəsindən azad edildi

11:22 22-04-2021 | icon 1953
Hüseynbala Mirələmov kafedra müdiri vəzifəsindən azad edildi

Sabiq millət vəkili, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) kafedra müdiri Hüseynbala Mirələmov bu gün universitetdəki vəzifəsindən azad olunub.

YeniAvropa xəbər verir ki, bu barədə ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov məlumat verib.

"O, bu gün səhər öz ərizəsi ilə işdən azad olunub",-deyə mətbuat katibi bildirib.

Qeyd edək ki, Hüseynbala Mirələmov ADNSU-nun Qaz Neft Mühəndisliyi fakültəsinin "Neftin, qazın nəqli və saxlanması" kafedrasının müdiri vəzifəsində çalışırdı.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri 76 yaşlı Hüseynbala Mirələmovun biabırçı görüntüləri yayılıb.