logo

YAP-dan 76 yaşlı Hüseynbala Mirələmovun videosuna açıqlama

10:56 22-04-2021 | icon 1897
YAP-dan 76 yaşlı Hüseynbala Mirələmovun videosuna açıqlama
Ötən gün sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri 76 yaşlı Hüseynbala Mirələmovun biabırçı görüntüləri yayılıb.
 
 YeniAvropa xəbər verir ki,  məsələ ilə bağlı YAP-ın Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib ki, Hüseynbala Mirələmovun bu əməli ilə bağlı partiyadan münasibət bildiriləcək.
 
"Mən hansı qərarın qəbul ediləcəyi barədə xəbər verə bilmərəm. Hər halda bu Azərbaycan ziyalısı, cəmiyyətdə sayılıb-seçilən bir insan və keçmiş millət vəkili üçün xoşagəlməz və yolverilməz bir hadisədir.
 
Bu, cəmiyyət və eyni zamanda YAP tərəfindən kəskin surətdə qınanılır", -deyə mətbuat katibi bildirib.