logo

"YAŞAT” Fondundakı 32 milyon manatdan 18 milyonu artıq xərclənib

17:59 21-04-2021 | icon 2198
"YAŞAT” Fondundakı 32 milyon manatdan 18 milyonu artıq xərclənib

Yarandığı müddətdən bu günə qədər "YAŞAT" Fonduna 32 milyon manatdan artıq vəsait köçürülüb,

YeniAvropa xəbər verir ki, bu barədə "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov məlumat verib. Onun sözlərinə görə, həmin  vəsaitin 18 milyon manatı artıq xərclənib.

““YAŞAT” Fondu yarandığı gündən 4 istiqamət üzrə fəaliyyətini davam etdirir. Bu fəaliyyətlər çərçivəsində daha 12 qazi bu gün Türkiyəyə yola salınıb.Bu günə qədər isə Fond tərəfindən Türkiyəyə müalicə üçün göndərilən qazilərin sayı 63 nəfər təşkil edib. Onlardan 7-si artıq sağalaraq Vətənə dönüb, 56 ağır yaralı qazimizin Türkiyədəki müalicəsi davam edir",-deyə Fondun rəhbəri bildirib.

E. Hüseynovun sözlərinə görə, qazilər o halda ölkə xaricinə aparılır ki, səhiyyə müəssisələri həmin qazinin müalicəsinin ölkə daxilində mümkün olmadığı təsdiqləyir.