logo

AFFA Təbriz “Traktor”unun hücumçusunu milliləşdirmək istəyir

16:10 21-04-2021 | icon 3514
AFFA Təbriz “Traktor”unun hücumçusunu milliləşdirmək istəyir

Azərbaycan futbol yığmasının baş məşqçisi Canni de Byazinin göstərişi ilə komandada milliləşdirilmə prosesini sürətləndirən AFFA daha bir futbolçunu gözaltı edib.

 YeniAvropa AFFA-dakı mənbəyə istinadla xəbər verir ki, bu Təbrizin "Taktor” klubunun hücumçusu Məhəmməd Abbaszadədir.

30 yaşlı forvardın ən çətin mövqelərdən qol vurmaq bacarığını ötən ilindən formasını geyindiyi "Taktor”da da davam etdirməsi skautların diqqətindən yayınmayıb. Üstəlik, Abbaszadənin indiyə qədər İran millisinə çağırılmaması da AFFA rəhbərliyini ümidləndirib. Təcrübəli futbolçu Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində aprelin 14-də "Paxtakor”la səfər matçında dubl edərək (3:3), komandasına 1 xal qazandırıb.

Qeyd edək ki, bu mövsüm "Traktor”un heyətində İran çempionatında 9 qola imza atan Məhəmməd Abbaszadə bombardirlər yarışında 3-cü pillədə qərarlaşır.

0-1-1