logo

Xadimə çalışdığı evdən 45 min manat oğurladı

14:44 21-04-2021 | icon 1687
Xadimə çalışdığı evdən 45 min manat oğurladı

Bakıda evdən oğurluq edən qadın tutulub.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 20-də rayon ərazisindəki evlərin birindən 23 000 manat pul və 15 000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən həmin evdə xadimə kimi çalışan Bakı şəhər sakini S.Quliyeva saxlanılıb.