logo

Paytaxtda beşmərtəbəli binanın damında 25 yaşlı qadın meyiti tapıldı

12:02 21-04-2021 | icon 1645
Paytaxtda beşmərtəbəli binanın damında 25 yaşlı qadın meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda binanın damında aşkarlanmış 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, müraciətlə əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.

Görülən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Ceyla Elxan qızının meyiti beşmərtəbəli yaşayış binasının damından götürülüb və aidiyyəti üzrə təhvil verilib.