logo

Azərbaycan həbsxanalarında 200 İran vətəndaşı cəza çəkir

11:47 09-04-2021 | icon 1645
Azərbaycan həbsxanalarında 200 İran vətəndaşı cəza çəkir

“Azərbaycan həbsxanalarında 200 İran vətəndaşı var”.

YeniAvropa xəbər verir ki, bu barədə İslam Respublikasının Azərbaycandakı səfiri Abbas Musəvi özünün "Twitter" hesabında məlumat verib.

“Ədliyyə diplomatiyası” haştaqı ilə paylaşım edən İranlı diplomat tvitində yazıb: “İlin əvvəlindən bəri iki həbsxanada olarkən, həbsdə olan 200-ə yaxın vətəndaşımızdan 40-ı ilə görüşdüm. Onların əksəriyyəti səhlənkarlıq və ya aldatma ucbatından narkotik maddələri istifadə edənlərdir. Bütün məhbus həmvətənlərimlə görüşməyə çalışıram və Azərbaycandakı səlahiyyətlilərlə sıx məsləhətləşərək onların köçürülməsini, əfvi və ya cəzalarının yüngülləşdirilməsini təşkil edirəm”.