logo

Volkan Bozkır: Azərbaycan BMT üçün vacib ölkələrdən biridir

11:21 09-04-2021 | icon 1407
Volkan Bozkır: Azərbaycan BMT üçün vacib ölkələrdən biridir

Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının Xüsusi Sessiyası çərçivəsində COVID-19-la mübarizə məqsədilə konfransın keçirilməsi təşəbbüsü ilə çıxış edərək liderlik nümayiş etdirdi. Azərbaycan Lideri bu təşəbbüsü ilə dünyaya çox önəmli mesajlar verdi və təşəbbüsü uğurla həyata keçirildi.

YeniAvropa xəbər verir ki, bu fikirləri Bakıda səfərdə olan BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır jurnalistlərə açıqlamasında söyləyib.

Volkan Bozkır bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi vəzifəsini uğurla yerinə yetirir.