logo

Laçın polisi silah-sursat aşkarlayıb

10:29 09-04-2021 | icon 1603
Laçın polisi silah-sursat aşkarlayıb

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar olunması məqsədilə profilaktiki tədbirlər davam etdirilir.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd edilib ki,Laçın rayon Polis Şöbəsinin əməkdaşlarına təhkim olunmuş Xocavənd rayonu Üçtəpə adlanan ərazidə keçirilmiş növbəti tədbirlər zamanı tərk edilmiş hərbi mövqelərdən 5 ədəd pulemyot, 2 ədəd qumbaraatan, 1 ədəd minaatan qurğusu, 1 ədəd tüfəng, 3 ədəd əl qumbarası, 29 ədəd avtomat darağı, 7 ədəd müxtəlif çaplı mərmi, 4500 ədəd güllə və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.