logo

İranı 15 Azərbaycan vətəndaşı üçün  tələbə təqaüdü ayırır

21:17 08-04-2021 | icon 2534
İranı 15 Azərbaycan vətəndaşı üçün  tələbə təqaüdü ayırır

İranın Elm, Tədqiqat və Texnologiyalar Nazirliyi hər il 15 Azərbaycan vətəndaşı olan tələbəyə təhsil təqaüdü ayıracaq.

YeniAvropa xəbər verir  ki, bu barədə İranın Elm, Tədqiqat və Texnologiyalar Nazirliyinin yaydığı məlumatında bildirilib.

Məlumatda İranla Azərbaycan arasında elmi-tədqiqat və universitetlərarası əməkdaşlıqların genişləndirilməsi çərçivəsində Təhsil təqaüdünü almaq üçün tələb olunan əsas şərt və sənədlər haqda ətraflı qeydlər var. 

Ümumi şərtlərə əsasən bakalavr pilləsi üzrə ən yüksək yaş həddi 22, magistraturada təhsil almaq istəyənlər üçün 26, doktoranturaya qəbul üçün isə 31 yaş müəyyənləşdirilib. Yer tutmaq istəyənlər üçün bilik səviyyəsi ilə bağlı da şərtlər müəyyən olunub. 20 ballıq qiymətləndirmə sistemi əsasında aparılacaq sınaq imtahanında bakalavr pilləsi üçün 14, humanitar, incəsənət və kənd təsərrüfatı ixtisasları üzrə magistratura pilləsi üçün 15, ümumi doktorantura üçünsə 16 bal nəzərdə tutulub.

Texnologiyalar və əsas ixtisas qrupları üzrə magistraturaya qəbul üçün tələb olunan bal 14, eyni qrup üzrə doktoranturaya qəbul isə 16 baldır.

Təhsil təqaüdündən yararlanmaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

Əvvəlki təhsil pilləsinə aid təhsil sənədinin və fənlər üzrə qiymət cədvəlinin surəti, bu sənədlərin təsdiqlənmiş tərcüməsi; Pasportun surəti (etibarlılıq müddəti 6 aydan artıq olmalıdır); Sağlamlıq haqqında arayış; İki ədəd fotoşəkil; Müəllimlər tərəfindən gələcək təhsil üçün yazılmış üç ədəd xasiyyətnamə; Müraciət edən şəxsin xarici tələbələrin qeydiyyatı saytında qeydiyyatdan keçməsini göstərən qeydiyyat kodu.

Digər zəruri məlumatlar:

Təhsil təqaüdü bütün xarici tələbələrin təhsil haqqından azad olunması formasında olacaq. Yalnız fars dili və ədəbiyyatı, İranşünaslıq ixtisasları üzrə təhsil almaq istəyən tələbələr təhsil təqaüdündən tam şəkildə yaralana biləcəklər və onlara təhsil almaları üçün əlavə maliyyə dəstəyi veriləcək.

Xarici tələbələrə edilən güzəştlər tələbələrin təhsilhaqqından azad olunmasından, subay tələbələr üçün nəzərdə tutulmuş yataqxanalardan istifadə etməsindən və tibbi sığorta xidmətindən yararlanmasından ibarət olacaq. Əlavə olaraq, əcnəbi tələbələr də iranlı tələbələr kimi, subsidiya qismində verilən yeməklə təmin ediləcəklər. Digər xərcləri isə əcnəbi tələbələrin özləri təmin etməlidilər.

Əcnəbi tələbələrin İrana gəlib-getmələri üçün onların bilet və yol xərcləri də özləri tərəfindən təmin edilməlidir.

Müraciət edən əcnəbi tələbələrin təhsil almaq istədiyi təhsil müəssisələri İranın Elm, Tədqiqat və Texnologiyalar Nazirliyinin nəzdində tələbələrin bölgüsü üzrə fəaliyyət göstərən xüsusi komitə tərəfindən müəyyənləşdirilir.