logo

İƏT-in baş direktoru Azərbaycanın “Dostluq” ordeni ilə təltif edilib

19:29 08-04-2021 | icon 1624
İƏT-in baş direktoru Azərbaycanın “Dostluq” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev aprelin 8-də Yusif bin Əhməd əl-Osayminin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Azərbaycan Respublikası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Yusif bin Əhməd əl-Osaymin “Dostluq” ordeni ilə təltif edilsin".