logo

Azərbaycanda daha 2717 nəfər koronavirusa yoluxdu, 31 nəfər öldü

18:58 08-04-2021 | icon 1932
Azərbaycanda daha 2717 nəfər koronavirusa yoluxdu, 31 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 1341 nəfər müalicə olunaraq sağalıb, 2717 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 279 min 181 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 245 min 881 nəfər müalicə olunaraq sağalıb, 3811 nəfər vəfat edib. Aktiv xəstə sayı 29480 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 977 min 593 test aparılıb. Bugünkü test sayı isə 14581-dir.