logo

Rusiya daha 7 şirkətimizə pomidor ixracına icazə verdi

18:30 08-04-2021 | icon 2079
Rusiya daha 7 şirkətimizə pomidor ixracına icazə verdi

Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycanın daha 7 müəssisəsindən pomidor idxalına icazə verib.

 YeniAvropa xəbər verir ki, məhsullar aprelin 9-dan Rusiyaya idxal edilməyə başlanacaq. Qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə aparılan yoxlamaların nəticələrinə əsasən verilib.

Xatırladaq ki, Azərbaycandan Rusiyaya pomidor və alma idxalına ötən il dekabrın 10-dan qadağa qoyulmuşdu. Qadağaya səbəb isə məhsullarda zərərvericilərin aşkar olunması idi.

Azərbaycan Rusiyanın ən böyük pomidor ixracatçısıdır. Ölkəyə gətirilən pomidorun 40 faizi Azərbaycanın payına düşür.