logo

Rusiyanın baş prokuroru Azərbaycana səfərə gəlib

17:57 08-04-2021 | icon 1505
Rusiyanın baş prokuroru Azərbaycana səfərə gəlib

Aprelin 8-də Rusiya Federasiyasının baş prokuroru İqor Krasnov Azərbaycanın baş prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib. Qeyd edilib ki, hər iki qurumun rəhbərləri ikitərəfli qarşılıqlı fəaliyyətin müxtəlif aspektlərini, prokurorluq fəaliyyətinin ən aktual məsələləri üzrə birgə tədbirlərin keçirilməsinin perspektivlərini müzakirə etmək və bir sıra ikitərəfli sənədləri imzalamaq niyyətindədirlər.

Səfərin təfərrüatları barədə ictimaiyyətə daha ətraflı məlumat veriləcək.