logo

Siyavuş Novruzov nədən DİN-i məhkəməyə vermədi?- SƏS YAZISI

14:34 08-04-2021 | icon 1386
Siyavuş Novruzov nədən DİN-i məhkəməyə vermədi?- SƏS YAZISI

Ötən il Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov karantin qaydalarını pozaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinə görə DİN tərəfindən 400 manat cərimə olunmuşdu.

YeniAvropa xatırladır ki, bunun ardından KİV-ə açıqlamasında Siyavuş Novruzov guya qanunsuz olaraq  cərimələndiyi üçün Daxili İşlər Nazirliyini məhkəməyə verəcəyini bildirmişdi. O,  bu məsələdə geri addım atmayacağını, güzəştə getməyəcəyini, hətta Avropa Məhkəməsinə qədər gedəcəyini söyləmişdi.

Amma sonradan S.Novruzov sonradan öz sözlərini inkar edərək, belə ifadə işlətmədiyini qeyd etdi. Millət vəkili növbəti açıqlamalarında Daxili İşlər Nazirliyini məhkəməyə vermək niyyətində olmadığını və jurnalistlərin yanlış məlumat yaydığını bildirmişdi. 

"Unikal.org" Siyavuş Novruzovla olan həmin açıqlamanın səs yazısını təqdim edib: