logo

Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

13:11 08-04-2021 | icon 1757
Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb.

YeniAvropa xəbər verir ki,  millimizin baş məşqçisi Fərid Cəlalov Avropa çempionatının seçmə mərhələsi üçün 16 oyunçu sifariş edib.

Millimizin heyətində toppaylayıcılar - Tural Həsənli, Mirəşrəf Rzazadə, Uğur İbrahimov, blokçular - Elmin Alışanov, Yeqor Nikulenko, Dmitri Obodnikov, Dmitri Baranov, Ramazan Ağabəyov, hücumçular - Mais Verdizadə, Aqil Əlizadə, Ruslan Əliyev, Pərviz Səmədov, Sənan Dünyamalıyev və Andrey Vasilenko, liberolar - Emil Abdullayev və Kənan Allahverdiyev yer alıblar.

Qeyd edək ki, millimiz Avropa çempionatının seçmə mərhələsində F qrupunda Gürcüstan, Monteneqro və Yunanıstan yığmaları ilə qarşılaşacaq. Görüşlərə mayın 5-də start veriləcək.