logo

COVİD-19-a yoluxan teleaparıcı Aytən Səfərovanın vəziyyəti pisləşdi

12:08 08-04-2021 | icon 1519
COVİD-19-a yoluxan teleaparıcı Aytən Səfərovanın vəziyyəti pisləşdi

Ötən ay koronavirusa yoluxan teleaparıcı Aytən Səfərova xəstəxanaya yerləşdirilib.

YeniAvropa xəbər verir ki, telejurnalistin müalicəsi "Yeni klinika” tibb müəssisəsində davam etdirilir.

Bir müddət evdə müalicə olunsa da, hərarəti 39 dərəcəyə qədər yüksələn teleaparıcının səhhətində irəliləyiş olmadığı üçün o, aprelin 5-də klinikaya yerləşdirilib.

Qeyd edək ki, A. Səfərova bir müddət əvvəl "Instagram" hesabında paylaşım edərək koronavirusun müalicəsi üçün dərmanların baha olmasından şikayətlənmişdi.