logo

İslam Əməkdaşlıq Təşkilatının baş katibi bu gün Azərbaycana səfərə gəlir

11:55 08-04-2021 | icon 1575
İslam Əməkdaşlıq Təşkilatının baş katibi bu gün Azərbaycana səfərə gəlir

Bu gün İslam Əməkdaşlıq Təşkilatının(İƏT) baş katibi Yusif bin Əhməd Əl-Usaymin Azərbaycana səfərə gələcək.

YeniAvropa xəbər verir ki, bu barədə Pakistanın İƏT və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəliyinin rəhbəri, səfir Rizvan Səid Şeyx İƏT Təmas Qrupunun nümayəndə heyətinin Ağdama və Gəncəyə səfərlərinin nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, bu səfər həm də Azərbaycanla həmrəyliyin nümunəsidir.

"Prezident İlham Əliyevin dəvətini məmnuniyytələ qəbul etmişik”,-deyə səfir vurğulayıb.

Xatırladaq ki,  İslam Əməkdaşlıq Təşkilatı 25 september 1969-cu ildə təsis edilib. Təşkilata 4 qitədən 57 üzv ölkə daxildir. Azərbaycan, Albaniya, Birləşmiş Ərəb Əmirlikləri, Benin, Burkina Faso, Bəhreyn, Banqladeş, Bruney, Əlcəzair, Əfqanıstan, Cibuti, Çad, Fildişi Sahili, Fələstin, İndoneziya, İran, İraq, İordaniya, Küveyt, Kamerun, Qayana,  Qəmər Adaları, Qətər, Qazaxıstan,  Qırğızıstan, Qabon, Qambiya, Qvineya, Qvineya-Bisau, Liviya, Livan, Misir Ərəb Respublikası,  Mali, Mavritaniya, Mərakeş, Mozambik, Malayziya, Maldiv, Niger, Nigeriya, Pakistan, Seneqal, Serra Liona, Səudiyyə Ərəbistanı Krallığı, Suriya, Somal.

İslam Əməkdaşlıq Təşkilatının mərkəzi qərargahı Səudiyyə Ərəbistanı Krallığının  Ciddə şəhərində yerləşir.

Yusif bin Əhməd Əl-Useymin 29 noyabr 2016-cı il tarixindən təşkilatın baş katibidir