logo

Bu gün UEFA Avropa Liqasının 1/4 final mərhələsinə start verilir

10:29 08-04-2021 | icon 1925
Bu gün UEFA Avropa Liqasının 1/4 final mərhələsinə start verilir

Aprelin 8-də futbol üzrə UEFA Avropa Liqasının dörddəbir final mərhələsinə start veriləcək.

YeniAvropa xəbər verir ki, bu mərhələdə keçiriləcək 4 qarşılaşmanın hamısı eyni vaxtda – Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Turnirin favoritlərindən sayılan İngiltərənin “Mançester Yunayted” komandası İspaniyada “Qranada”nın qonağı olacaq. İngiltərənin digər təmsilçisi “Arsenal” Londonda Çexiyanın “Slaviya Praqa” komandası ilə üz-üzə gələcək.

Günün maraqla gözlənilən qarşılaşması Niderlandda gerçəkləşəcək. “Ayaks” İtaliyanın “Roma” komandasını sınağa çəkəcək. İspaniyanın “Vilyarreal” klubu isə Xorvatiyada “Dinamo Zaqreb”in müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, bu mərhələnin cavab qarşılaşmaları aprelin 15-də keçiriləcək.

Elşən Balayev