logo

Azərbaycanın futbol millisi FIFA-nın reytinq cədvəlində 110-cu pillədədir

16:56 07-04-2021 | icon 2198
Azərbaycanın futbol millisi FIFA-nın reytinq cədvəlində 110-cu pillədədir

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

YeniAvropa AFFA-ya istinadla xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası iki pillə geriləyib. Millimiz 1180 xalla 110-cu pillədə qərarlaşıb.

Reytinqin ilk üç pilləsində Belçika (1783,38), Fransa (1757,30) və Braziliya (1742,65) yığmaları yer alıblar.