logo

Deputatı Tural Gəncəliyev tezliklə Xankəndidə ofis açır

20:44 06-04-2021 | icon 2989
Deputatı Tural Gəncəliyev tezliklə Xankəndidə ofis açır

"Tezliklə ofisim Xankəndidən fəaliyyət göstərəcək".

 YeniAvropa xəbər verir ki, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Tural Gəncəliyev "Twitter" hesabında yazıb.

Deputat hazırda şəhərdə yeni ofis binası üçün mümkün yerlərin nəzərdən keçirildiyini bildirib.

T.Gəncəliyev bildirib ki, deputat kimi Xankəndinin bütün sakinlərini təmsil edir:

"Etnik mənşəyindən asılı olmayaraq, hər kəsə yaxşı xidmət etmək üçün əlimdən gələni edəcəyəm!”.

Azərbaycanlı deputat Xankəndidən ofis axtarır:  “Tezliklə...”