logo

Azərbaycanda daha 2035 nəfər koronavirusa yoluxdu, 32 nəfər öldü

17:57 06-04-2021 | icon 1806
Azərbaycanda daha 2035 nəfər koronavirusa yoluxdu, 32 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 1174 nəfər müalicə olunaraq sağalıb, 2035 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 273 min 869 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 243 min 467 nəfər müalicə olunaraq sağalıb, 3743 nəfər vəfat edib. Aktiv xəstə sayı 26659 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 948 min 419 test aparılıb. Bugünkü test sayı isə 12701-dir.