logo

“Gündə 500-dən çox gizli toy keçirilir” – ŞOK İDDİA

17:18 06-04-2021 | icon 1596
“Gündə 500-dən çox gizli toy keçirilir” – ŞOK İDDİA

Daxili İşlər Nazirliyindən tanınmış müğənni Xatirə İslamın gizlin toylar keçirilməsi iddiasına açıqlama verilib.

YeniAvropa xəbər verir ki,  Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "BAKU.ws"ə açıqlamasında bildirib ki, bununla bağlı nazirlikdə mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir.

“O cür halların qarşısının alınması ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti gündəlik olaraq məlumatlar yayır. Belə cəhdlərin - toy keçirtmək, şənlik keçirtmək, yas mərasimi təşkil eləmək cəhdlərinin qarşısı mütəmadi olaraq polis əməkdaşları tərəfindən alınır”, - deyə Ehsan Zahidov vurğulayıb.

Qeyd edək ki, müğənni Xatirə İslam sosial şəbəkə hesabında Azərbaycanda gün ərzində 500-dən çox gizli toy keçirildiyini yazıb: 

"Bu gizli toylar nə qədər davam edəcək? Buna ya icazə verilməli, ya da qarşısı alınmalıdır. Hər kəsdən xahiş edirəm ki, toylara tam icazə verilmədən məni heç bir dostum, tanışım, yaxınım, hətta toyumuza gələnlər belə öz gizli keçirdikləri toylarına dəvət etməsinlər.

Mən qayda-qanun adamıyam. Getdiyim məclisdə rahat olmalıyam. Məni düz başa düşün".

“Gündə 500-dən çox gizli toy keçirilir” – ŞOK İDDİA