logo

Ukrayna Baş Qərargah rəisi: "100 min əsgər döyüşə hazırdır"

16:16 06-04-2021 | icon 1869
Ukrayna Baş Qərargah rəisi: "100 min əsgər döyüşə hazırdır"
Ukraynada 100 min əsgərin döyüş əmri gözlədiyi açıqlanıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Ukraynanın Baş Qərargah rəisi, general-polkovnik Ruslan Homçak Donbasda gərginliyin artması fonunda ötən gün iki Ukrayna əsgərinin həyatını itirməsi ilə əlaqədar danışarkən bildirib.  O,  ölkədə 100 min əsgərin müharibəyə hazır vəziyyətdə olduğunu vurğulayıb..

 Baş Qərargah rəisi bundan əvvəl parlamentdəki çıxışında Rusiyanın hərbi təlim bəhanəsi ilə Ukrayna sərhədləri yaxınlığına qoşun göndərdiyini diqqətə çatdırıb.

 
Qeyd edək ki, Donbas bölgəsindəki böhranın həlli ilə əlaqədar Rusiya, Ukrayna və ATƏT-dən ibarət Üçlü Təmas Qrupu 2020-ci ilin 27 iyulundan etibarən hərtərəfli atəşkəs qərarı vermişdi.
 
Rusiyapərəst separatçıların martın 26-da Ukraynanın cənub-şərqindəki Donbas bölgəsində atəşkəsi pozması nəticədə 4 Ukrayna əsgərinin həyatını itirməsindən sonra iki ölkə arasındakı gərginlik pik həddə çatıb.