logo

Azərbaycanda xalq artisti koronavirusa yoluxdu

15:56 06-04-2021 | icon 1890
Azərbaycanda xalq artisti koronavirusa yoluxdu

Azərbaycanın tanınmış kinorejissoru, ssenaristi və aktyoru, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, xalq artisti  Əbdül Mahmudov(Şeyx Əbdül Mahmudbəyov)  koronavirusa yoluxub.

 YeniAvropa xəbər verir ki, bu barədə  77 yaşlı xalq artisti özü məlumat verib. 

 O, hazırda müalicəsinin evdə davam etdiyini bildirib:

“Başqa bir xəstəliklə mübarizə apardığım vaxtda COVİD-ə yoluxdum. 1 həftədir qapını bağlayıb, məni də izolyasiya ediblər, evdən çölə çıxmıram. Gözlənilmədən yoluxdum, fikrimcə, koronavirusa xəstəxanada yoluxdum. Həkimlər deyir ki, bu virus artıq küçələri gəzir, kimi nə vaxt istədi tutur, hansı evə istəsə girir”.

Sənətçi xəstəliyi orta-ağır keçirdiyini qeyd edib:

“Xəstəliyi orta-ağır keçirirəm. Axşam bacanağım koronavirusdan dünyasını dəyişdi. O da məndən 1-2 gün öncə yoluxmuşdu. Məndə müalicəyə yatqındır, dərmanları içdikcə yavaş-yavaş düzəlirəm. Hər şey əcəllədir, əcəl tamam olubsa, COVİD boş şeydir. Heydər Əliyev Fondu sağ olsun, mənim üçün tibb bacısı ayırıblar, müalicəmi evdə davam edirəm”.