logo

Erməni əsirliyindən qayıdan Dilqəmlə Şahbazın səhhəti pisləşib

15:06 06-04-2021 | icon 1526
Erməni əsirliyindən qayıdan Dilqəmlə Şahbazın səhhəti pisləşib

Ötən ilin dekabrında beynəlxalq təşkilatların və Rusiya sülhməramlı qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunduqdan sonra  6 il girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin də Bakıya gətirilməsi təmin edildi.

YeniAvropa xəbər verir ki, onlar Bakıya gəldikdən bir müddət vəziyyətləri heç də qənaətbəxş olmayıb. "Modern.az"ın əməkdaşı onlarla əlaqə saxlayıb, sağlıq durumlarının necə olduğunu öyrənib.

Dilqəm Ələsgərov vəziyyətinin yaxşı olmadığını bilirib:

“Vəziyyətim heç də ürəkaçan deyil. Ağrıyıram, müalicə lazımdı, amma heç bir yardım olunmur. Bakıya müayinə olunmağa gəlmişəm. Başımda əzilən yerlər və mədəmdə problemlər var.

Şahbaz Quliyev isə ayaqlarında ciddi problem olduğu üçün işləyə bilmədiyini bildirib:

“Ailədə və mənim sağlıq durumumda vəziyyət o qədər də yaxşı deyil. Bəzən yeməyə çörək belə tapmırıq desəm, yalan olmaz. Yoldaşım restoranda qabyuyan işləyirdi. Amma restoran bağlandığı üçün o da işdən çıxıb. İş üçün müraciət etmişəm, amma ayaqlarım yaxşı işləmədiyi üçün işə götürmürlər.

Sosial yardım iki dəfə gəlib, ziyarət edib. Bundan başqa heç bir dövlət qurumu tərəfindən yardım olunmayıb. Burdan bizə yardım etməsi üçün dövlətə müraciət edirəm”.