logo

Avronun yaradıcısı vəfat etdi

13:11 06-04-2021 | icon 1785
Avronun yaradıcısı vəfat etdi

Avronun yaradılmasının ideoloqu, kanadalı iqtisadçı və Nobel mükafatı laureatı Robert Mandell 88 yaşında vəfat edib.

YeniAvropa  "Bloomberg agentliyinə istinadla xəbər verir ki, Robert Mandellin fəxri professor vəzifəsində çalışdığı Kolumbiya Universitetinin iqtisadi tədqiqatlar proqramının direktor müavini Sofiya Conson bu informasiyanı təsdiqləyib.

Robert Mandell müddəalarından Avropa İttifaqının vahid valyuta sahəsini yaratmaq üçün istifadə olunan “optimal valyuta zonası” nəzəriyyəsinin qurucusudur. O, 1999-cu ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Alim açıq bazarlar, azad ticarət və dövlətin iqtisadiyyatda məhdud iştirakı ideyasının tərəfdarı olub. ABŞ Prezidenti Ronald Reyqan özünün iqtisadi siyasətində onun ideyalarından geniş istifadə edib.

Robert Mandell karyerası boyunca BMT, Beynəlxalq Valyuta Fondu və Dünya Bankına, habelə ABŞ, Kanada, Çin və Latın Amerikası hökumətlərinə məsləhətlər verib.