logo

COVİD-19-a yoluxan 57 yaşlı nazir müavini  xəstəxanaya yerləşdirilib

11:15 06-04-2021 | icon 1316
COVİD-19-a yoluxan 57 yaşlı nazir müavini  xəstəxanaya yerləşdirilib

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə koronavirusa yoluxub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib. Qeyd edilib ki, 57 yaşlı Elmir Vəlizadənin "COVİD-19" testinin nəticəsi pozitiv çıxıb.

Hazırda nazir müavini xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti sabitdir.

Xatırladaq ki, E.Vəlizadə 2007-ci ildən nazir müavini vəzifəsini daşıyır.