logo

Şahdağ Milli Parkında yanğın olub

19:49 05-04-2021 | icon 1442
Şahdağ Milli Parkında yanğın olub
Qubanın Təngəaltı kəndində meşəlik ərazidə yanğın baş verib.
 
Fövqəladə Hallar Nazirliyinin Quba Yanğından Mühafizə Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, yanğın baş verən ərazi Şahdağ Milli Parkının ərazisidir.
 
Yanğın təqribən üç hektara yaxın sahəni əhatə edir.
 
Əraziyə Quba rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikaları cəlb olunub.
 
Yanğın söndürülüb.