logo

May ayında 14 gün iş olmayacaq

15:25 05-04-2021 | icon 1743
May ayında 14 gün iş olmayacaq
May ayında qeyri-iş günlərinin sayı məlum olub.

 YeniAvropa xəbər verir ki, bu il 9 May - Faşizm üzərində qələbə günü bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 10 may  tarixi də qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin 3 dekabr 2020-ci il qərarına əsasən, bu il 13 may (cümə axşamı) və 14 may (cümə) isə Ramazan bayramıdır. Həmin günlər də qeyri-iş günüdür.
 
Eyni zamanda 28 May - Respublika günü də iş günü hesab edilməyən bayram günüdür. Bu il mayın 28-i cümə gününə təsadüf edir.
 
Beləliklə, may ayında bayramlarla əlaqədar 4 gün , ümumilikdə isə 14 gün(şənbə və bazar günləri ilə birgə ) iş olmayacaq.