logo

Xalq artisti Rəmiş vəfat edib

14:30 05-04-2021 | icon 1442
Xalq artisti Rəmiş vəfat edib

Tanınmış gitara ifaçısı, Azərbaycanın xalq artist Rafiq Hüseynov (Rəmiş) vəfat edib.

 YeniAvropa xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.Qeyd edilib ki,  R.Hüseynov bu gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, 77 yaşlı gitaraçı yanvarın 28-də ağır vəziyyətdə xəstəxanaya gətirilib. O, qaraciyər çatışmazlığından əziyyət çəkirdi.

İlk musiqi təhsilini Üzeyir Hacıbəyli adına orta ixtisas musiqi məktəbində tar sinfində alan Rafiq Hüseynovun istedadı qısa bir vaxta onu böyük sənətkara çevirib. Rəmiş böyük sənətkarlarla qastrol səfərlərində, konsertlərdə olub. O, xalq artistləri Qədir Rüstəmov, Rübabə Muradova, Yaqub Məmmədov, Səxavət Məmmədov və digərlərini müşayiət edib.

Allah rəhmət eləsin!