logo

Prezident "Meliorasiya və Su Təsərrüfatı"na yeni sədri təyin etdi

12:25 05-04-2021 | icon 1358
Prezident "Meliorasiya və Su Təsərrüfatı"na yeni sədri təyin etdi

Prezident İlham Əliyev aprelin 5-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə yeni sədr təyin edilməsi haqqında sərəncam imzalayıb. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: 

"Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilsin".

Xatırladaq ki, prezident İlham Əliyevin aprelin 2-də imzaladığı sərəncamla Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadəni tutduğu vəzifədən azad edilib.

Daha sonra isə sosial şəbəkələrdə Əhməd Əhmədzadənin milyardlıq varidatı barədə xəbərlər yayılıb.